Helsinkidə sərnişin təyyarəsi təcili eniş edib

  • By admin
  • 23 İyun 2018 10:17

 

Brüsseldən Tokioya uçan “All Nippon Airways” aviaşirkətinin “Boeing-747” təyyarəsi Helsinki şəhərində təcili eniş edib.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata əsasən, enişə səbəb texniki nasazlıqlar olub. Qeyd olunur ki, pilotlar kabinəsində şüşə zədələnib.

 Təyyarənin göyərtəsində təxminən 160 sərnişin və ekipaj üzvü olub. Xəsrət alan yoxdur.