Fransada aksiyaların ziyanı 1,1 milyard avroya çata bilər

  • Müəllif: Firuzə
  • 29 Oktyabr 2026 09:09

Fransada aksiya iştirakçılarının 17-18 oktyabr tarixində keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlər böyük maddi ziyana səbəb olub.

Gununesi.info xəbər verir ki, Fransanın Dövlət İdarəçiliyi və Siyasəti üzrə Tədqiqatlar Fondunun (IFRAP) hesablamalarına görə, ümumi zərər təxminən 1,1 milyard avro təşkil edə bilər.

Bunun 910 milyon avrosu birbaşa maddi zərər, 190 milyon avrosu isə biznes fəaliyyətinin dayanması nəticəsində yaranan itkilərdir.

Hadisələr zamanı ölkə üzrə 2500-dən çox obyektə ziyan dəyib.

Gununesi.info