Röya bu paltara 8 mindən çox pul verdi  - Fotolar

  • Müəllif: admin
  • 25 İyun 2018 11:06

Röya bu paltara 8 mindən çox pul verdi

Əməkdar artist Röya Ayxan bu dəfə də geyimi ilə gündəmə gəlib. Gununsesi.info Qafqazinfo-ya istinadən bildirir ki, müğənni tədbirlərin birində istifadə etdiyi libasla diqqət mərkəzində olub.

Sinə və kürək dekolteli, xüsusi işləməli olan paltar ilk dəfə Bakıda keçirilən “Mercedes Benz Fashion Week”də təqdim edilib.

Avstaliyada yaşayana tanınmış dizayner Həcər Qala tərəfindən hazırlanan libası bəyənən Röya onu satın almaq qərarına gəlib.

Cəmi bir ədəd hazırlanan geyimin qiyməti  8582 manatdır (6800 Avstraliya dolları).