Prezident nəvəsinə toy elədi - FOTOLAR

  • Müəllif: admin
  • 25 İyun 2018 15:39

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəvəsinə toy edib.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı Venera məşhur Çayjunusovlar sülaləsindən olan 22 yaşlı Dalen Çayjunusovla evlənib.

Toy Almatı şəhərindəki “Ritz-Carlton” otelində baş tutub. Mərasimdə rusiyalı müğənni Filipp Kirkorov da iştirak edib.

 Qeyd edək ki, Venera ölkədə keçirilən musiqi festivallarından birində mahnı oxuyub, qazax-rus-alman istehsalı olan filmdə epizotik rolda oynayıb.