“Qarabağ” yeni transferini açıqladı

  • Müəllif: admin
  • 25 İyun 2018 16:42

 “Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib. Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu feysbuk səhifəsində video-paylaşımla yayıb.

Videoda futbolçunun üzü görünməsə də, onun “Lans”ın “11 nömrəsi” Abdullah Zubir olduğunu müəyyənləşdirmək çətin deyil. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək.

 

Qeyd edək ki, son klubu “Lans” olan Abdullah Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.