
Qazaxıstanın Uralsk şəhərində dini ekstremist qruplaşmanın 8 üzvü saxlanılıb.
Onların saxlanılması üzrə xüsusi əməliyyat iyunun 25-i keçirilib. Saxlanılanların üzərində odlu silah, sursat və dini ədəbiyyat aşkar edilib.
Bildirilir ki, saxlanılanlar Qazaxıstanda terror aktları hazırlamaqda, terrorçuluğun təbliğində şübhəli bilinirlər.











