Sloveniya Prezidenti yol qəzasına düşüb

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 09:48

31 iyul tarixində Sloveniya Prezidenti Nataşa Pirts-Musar avtomobil qəzasına düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delo” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Qəzetin məlumatına görə, 31 iyulda məzuniyyətdən qayıdan Prezidentin kortejinə aid iki xidməti avtomobil Kastelets tunelində toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Dövlət başçısından fərqli olaraq, digər yaralı ağır bədən xəsarətləri alıb. Pirts-Musar xəstəxanaya çatdırılıb və qısa müddət sonra evə buraxılması nəzərdə tutulub. Qəzanın digər iştirakçısının sağlamlıq vəziyyəti barədə məlumat verilməyib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.

Gununsesi.info