Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etdiyinə görə xalq arasında böyük rəğbət qazanan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş kənd təsərrüfatı naziri “Qara Tofiq” kimi tanınan Tofiq Hüseynli vəfat edib.
Gununsesi.info bildirir ki, “Qara Tofiq” uzun zamandan bəri əziyyət çəkdiyi onkoloji xəstəlikdən vəfat edib.
Yaxınlarının saytımıza verdiyi məlumata görə, “Qara Tofiq” bir müddət əvvəl uzun illərdir yaşadığı İsveçrədən Azərbaycana qayıdıb.
O, bugün doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.
Günay
Gununsesi.info











