
Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
Bildirilib ki, adı açıqlanymayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçisinin avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq, yaralayıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.











