Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edilib  

  • Müəllif: admin
  • 27 İyun 2018 12:55
 

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib.

Gununsesi.info“Report”a istinadən xəbər verir ki, bu Kənan Məmmədovdur.

O, bundan əvvəl DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub.

Xatırladaq ki, indiyə qədər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən İsmayıl Hüseynov DGK sədrinin I müavini təyin olunub.