Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 21:57

Abşeron çimərliklərində avqustun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba) 26-27 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) isə 27-28 dərəcə isti olacaq.

Gununsesi.info