Aktrisa Zülfiyyə Qurbanova yerli serial və filmlərdə yer alan bəzi səhnələrlə bağlı sərt fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, aktrisa bildirib ki, bir gün yerli ekran işlərindəki öpüşmə, zorlama, dirəyə dırmaşma və digər mübahisəli səhnələri kollaj şəklində hazırlayıb paylaşacaq:
“Bir gün ərinməyəcəyəm, yerli serial və filmlərdə olan öpüşmə, zorlama, dirəyə dırmaşma və sairə kimi səhnələri kollaj edib paylaşacağam. Bəlkə savadsız, mədəniyyətsiz jurnalist suallarından canımız qurtara”.
Qurbanova jurnalistlərin ona ünvanladığı suallara da etiraz edib.
O, bəzi sualların peşəkar və məzmunlu olmadığını düşünür:
“Gedib onlara artıq beyin səviyyələrinə yaraşan sualları versinlər.”.
Aktrisa Zülfiyyə Qurbanovanın sözlərinə görə, onun “əxlaqsız qadın” obrazını canlandırması da müzakirə mövzusuna çevrilib. O, bu obrazla bağlı tənqidlərə belə münasibət bildirib:
“Nə yaxşı Zülfiyyə Qurbanova gəldi, bir əxlaqsız qadın oynadı. Elə bil nəsillərindəkilərə güzgü tutmuşuq, xəbərimiz yoxdur”.
Qurbanova tamaşaçıların və jurnalistlərin onun oynadığı səhnə əvəzinə digər yerli ekran işlərindəki səhnələrə diqqət yetirməli olduğunu vurğulayıb.
Aktrisa bildirib ki, bu mövzuda ona yenidən sual ünvanlanacağı təqdirdə, yerli film və seriallarda gördüyü mübahisəli səhnələri və həmin ekran işlərinin adlarını sadalayacaq:
“And içmişəm, sual gələn kimi sadalayacağam elə səhnələri və işlərin adını. İyrəndirmisiniz adamı!”.
Elmar











