Son günlər havanın temperaturunun kəskin artması günvurma hallarının çoxalmasına da səbəb olub. Artıq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma və istivurma hallarına görə çoxlu müraciətlər olub.
Gununsesi.info-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev tərəfdən verilən məlumata görə yay mövsümü başlayandan günvurma halları ilə bağlı təcili tibbi yardım stansiyasına 14 müraciət daxil olub.
Həkimin dediyinə görə, müraciət edən şəxslərdən 4 nəfəri qadın, 8-i isə kişidir. Həmçinin 2 oğlan uşağı günvurma ilə bağlı müraciət edib. Onlardan biri 10, digəri isə 13 yaşındadır. Dünən ölkə ərazisində müşahidə edilən anomal istilərlə bağlı isə 6 nəfər müraciət edib.













