Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır (FOTO)

  • Müəllif: admin
  • 27 İyun 2018 16:19

 

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib.

Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, E.Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.