Zığ yolu küçəsi, ev 38-də yaşayan Gültəkin Əliyeva 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum oğru mənzilinə daxil olaraq dolabda olan qızıllarını oğurlayıb.
Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb, qadının izahatı alınıb.
Digər analoji hadisədə elə Xətai rayonunda qeydə alınıb. General Şıxlinski küçəsi ev 1 B-dən də 3 min manatlıq qızıl oğurlanıb. Zərərçəkən Firuzə Bayramova şikayət edərək bildirib ki, naməlum oğru pəncərənin dəmir barmaqlığını əyməklə mənzilə daxil olub və qızılları aparıb.











