Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasındakı görüş başa çatıb.
Gununsesi.info xəbər verir ki, “RİA Novosti” görüşün 1 saat yarım davam etdiyini yazıb.
Görüş mətbuata qapalı şəkildə keçirilib.
Qeyd edək ki, Boltonun Kremldə Prezident Vladimir Putinlə görüşü gözlənilir.












