Bakıda çörək sexi və kafe yandı

  • Müəllif: admin
  • 28 İyun 2018 09:52

Bakıda çörək sexi və kafe yanıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Nizami rayonu, Əli Vəliyev küçəsində ümumi sahəsi 585 m² olan (hazırda fəaliyyət göstərmir) çörək sexinin yanar konstruksiyaları 490 m² sahədə və ona bitişik, ümumi sahəsi 80 m² olan tikilinin (kafe kimi istifadə olunub) dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.