AŞPA-nın yeni siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana buraxılacaqmı? - XİN-dən AÇIQLAMA

  • Müəllif: admin
  • 28 İyun 2018 11:38

Məlum olduğu kimi Avropa Şurası Parlament Assableyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Qeyd edək ki, bir neçə il əvvəl Kristofer Ştrasserə eyni status verilsə də ancaq o, ölkəyə buraxılmamışdı. Arqument isə bundan ibarət idi ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Bəs görəsən, yeni məruzəçi Azərbaycana buraxılacaqmı?

Gununsesi.info-nun əməkdaşı bu suala aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevlə danışıb.

XİN sözçüsü bildirib ki, yeni həmməruzəçi Azərbaycana gəlmək üçün özü mürüciət etməlidir:

“Müraciət edərsə o zaman münasibət bildiriləcək”.

Elmar

Gununsesi.info