Gəncədə kütləvi dava  — Xəsarət alanlar var  - YENİLƏNİB

  • Müəllif: admin
  • 28 İyun 2018 23:01

Gəncədə kütləvi dava

Gəncə şəhərində kütləvi davada xəsarət alanlardan üçünün adı məlum olub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunlar Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Xudiyev Elzamin Cəfər oğlu, Daşkəsən rayon Zəylik kənd sakini, 1964-cü il təvəllüdlü Salahov Asiman Aydın oğlu və Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanzadə Məhərrəm Əjdər oğludur.

Onlar müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha bir nəfərə isə ambulator yardım göstərilib və o, evə buraxılıb.

Mübahisə Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib.


***22:31

Gəncə şəhərində kütləvi dava zamanı 4 nəfərə yaxın şəxs xəsarət alıb.

Gununsesi.info-nun “Report”a istinadən məlumatına görə, hələ ki, bilinməyən səbəbdən baş vermiş davada xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta-ağır və qənaətbəxş olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.