Avropa Birliyi liderləri miqrantlarla bağlı razılığa gəliblər. Razılaşmaya əsasən, miqrantlar qalacaqları ölkələri seçə bilməyəcəklər. Avropa Birliyi ölkələri isə könüllü olaraq, onların yerləşdirilməsində məsuliyyəti üzərilərinə götürəcəklər.
Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, bununla bağlı məsələ Brüsseldə keçirilən sammitdə 15 saat müzakirə edilib.
“Gərgin müzakirələrdən sonra biz birgə qərara gəldik”, – Almaniya kansleri Angela Merkel bildirib.
“Doqquz saatlıq müzakirədən sonra razılıq əldə edildi və bu, Fransa üçün yaxşı xəbərdir. Bu, birgə fəaliyyətin nəticəsidir”, – Fransa prezidenti Emmanuel Makron deyib.












