
Fiziki şəxslərə özlərinin istifadəsi üçün gətirdiyi siqaret 3 dəfə, alkoqollu içkilər isə iki dəfə azaldılacaq.
Gununsesi.info xəbər verir ki, bu məsələ Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb. Belə ki, Gömrük komitəsinə yeni gömrük rüsumununun tətəbiqi ilə tütün və tütün məhsulları və alkoqollu içkilərə aksizdən azadolmalar nəzərdə tutulur. Bunun nəticəsində fiziki şəxsin fərdi istehlakı üçün mövcud 3 litrlik alkoqollu içkinin 1,5 litrə, 600 ədəd siraretin isə 200 ədədə endirilməsi nəzərdə tutulur.
Məsələ Milli Məclisin iyunun 29-da nəzərdə tutulan növbədənkənar iclasında baxılaraq qəbul ediləcək.








