Dönər satışı ilə məşğul olan yerlərə müvafiq təlimatlar paylanacaq

  • By admin
  • 29 İyun 2018 13:40

Картинки по запросу dönər müəssisələri

Azərbaycanda dönər müəssisələri üçün müvafiq təlimatlar hazırlanır.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu təlimatlar bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq:

“Mən sizinlə razıyam ki, bu gün bir çox dönər evlərində sanitar-gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb”.