Türkiyədə siqaret, içki və kosmetika bahalaşacaq

  • Müəllif: admin
  • 29 İyun 2018 18:07

 

Türkiyə ABŞ-dan idxal edilən 22 malın idxalına 5-70 lirə arasında gömrük vergisi tətbiq edib.

Bu səbəbdən qonşu dövlətdə siqaret, avtomobil, kağız, düyü, kosmetika məhsulları kimi məhsulların qiymətlərinin bahalaşacağı gözlənilir.

Türkiyə idxal etdiyi düyünün 26 faizini ABŞ-dan alır. Bundan əlavə, Türkiyədəki siqaret istehsalı mövcud olsa da, idxal reallaşdırır. Bunun da 14 faizi ABŞ-ın payına düşür.

Bəzi rəqəmlərdə bu 20 faiz dəyərləndirilir. Düyü, siqaret və avtomobil idxalının dəyəri 180 milyon dollara çatır. ABŞ-dan avtomobil idxalı isə cəmi 1 faizdən çoxdur.

Qeyd edək ki, ABŞ-la Avropa Birliyi (AB) arasında başlayan ticarət müharibəsinə Türkiyə sərt vergi artımları ilə daxil olub.