Elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı - SƏRƏNCAM

  • Müəllif: admin
  • 29 İyun 2018 18:02

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununses.info-nun məlumatına görə, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.