Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə müvafiq sərəncam dərc olunub.
Qeyd edək ki, bu Konvensiya ötən həftə Rusiya hökuməti tərəfindən təsdiq olunmuşdu.
Xəzərin statusu haqqında Konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında beştərəfli sənəddir.













