Azərbaycan qaranlığa qərq oldu

  • Müəllif: admin
  • 03 İyul 2018 00:58

 

 

Mingəçevir sakinlərinin Gununsesi.info-ya bildirdiyinə görə, şəhərdə SES-də partalış baş verib. Gəncə və ətraf rayonların Yanğından mühafizə Xidmətlərinə məxsus maşınlar Mingöəçevirə yola düşüb.

******************

Bu dəqiqələrdə Azərbaycanın hər yerində elektirik enerjisinin verilməsi dayandırılıb. Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkə istifadəçiləri aramsız olaraq xəbərlər paylaşıb. Bu xəbərin yayılmasından dərhal sonra ölkədə hansısa təxribat baş verdiyinə dair iddialar da gündəmə gəlib.

Beynəlxalq Aeroportdan başqa ölkələrə uçmaq istəyən sərnişinlər də hava limanında eklektirikin kəsildiyini facebookda yazıb.

Ancaq bir neçə dəqiqə sonra hava limanında elektirik enerjisi bərpa edilib.