
Ölkədə elektirik enerjisinin dayanmasına səbəb kimi Mingəçevirdə İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
Report bildirir ki, hadisə ilə əlaqədar olaraq “Azərişiq” ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.












