
Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Gununsesi.info-nun məlumatına görə, bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb.
Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.
Gununsesi.info












