Kiyevdə Azərbaycan yeməkləri verilən restoranın qarşısında atışma olub

  • Müəllif: admin
  • 04 İyul 2018 10:30

Azərbaycanlı Davud Ağayev qətlə yetirilib 

Kiyevdə Azərbaycan yeməkləri verilən “Dolma” adlı restoranın qarşısında atışma olub.

Gununsesi.info-nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib.

Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ilə əlaqəli olması ehtimal edilir.