Yardımlıda meşə yanır

  • Müəllif: admin
  • 05 İyul 2018 10:44

Картинки по запросу Yardımlıda meşə yanır

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Gununsesi.info FHN-nə istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.

 Əlavə məlumat veriləcək.