Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq başlanıb

  • Müəllif: admin
  • 31 Oktyabr 2018 09:17

Oktyabrın 29-dan Bakıda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik üzrə ilk dialoq başlanıb.

Gununsesi.az xəbər verir ki, dialoqda Avropa Xarici Tədbirlər Xidmətinin baş katib müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyəti iştirak edir. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, bu ilin fevral ayında Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı.