Musa Musayev:”Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik” - Hüseynbala Mirələmov YAP-çı adına uyğun danışmayıb

  • Müəllif: admin
  • 17 Noyabr 2018 13:42
“Abel Məhərrəmovun rektor vəzıfəsındən azad edilməsindən sonra ona qarşı aparılan bu “qara piar” məndə təəssüf doğurdu. Axı, bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır 7″. Biz bu adətimizi tərgitməliyik”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP Siyasi Şurasının üzvü,  keçmiş deputat,  Naftalan Şəhər İcra Hakimiyyətinin  sabiq başçısı Musa Musayev söyləyib. O, mediada sabiq rektora qarşı aparılan kampaniyadan bir YAP-çı kimi üzüldüyünü deyib: “Birincisi, Abel müəllim 19 il rektor olub.  Bu o  deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb.  Vəzifədə olana yaltaqlanmaq, tərif demək , gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.
 
    Elmar