Bakıda qadın ərini qətlə yetirdi - BİR NEÇƏ BIÇAQ VURUB

  • Müəllif: admin
  • 24 Noyabr 2018 18:16

Bakıda ər arvadı tərəfindən qətlə yetirilib. Gununsesi.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.

Gununsesi.org