“Lavrov hara gedir, orda müharibə başlayır” - Rusiya XİN başçısına xoşagəlməz sürpriz...

  • Müəllif: admin
  • 24 Noyabr 2018 18:09

  


Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Portuqaliyaya rəsmi səfərə gəlib. Lissabon hava limanında ukraynalı və gürcüstanlı bir qrup onu “Lavrov harda peyda olur, orda müharibə başlayır” sözləri yazılmış şüarlarla qarşılayıb.
Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, Lavrovun Lissabonda qarşılanması haqqında Portuqaliya ukraynalıları ittifaqının sədri Pavel Sadoxa məlumat verib.
“Bu gün Ukrayna və Gürcüstan icmalarının nümayəndələri Lissabon hava limanının qarşısına çıxıb ki, Moskva XİN –in başçısı Lavrovu “qarşılasınlar” – Pavel Sadoxa deyib.
“Bununla da biz Moskvanın həqiqi aqressiv siyasi niyyətləri haqqında  portuqaliyalıları xəbərdar etmək istəyirik. Onların iştahasının sərhəddi yalnız qonşu ölkələrlə bitmir, həm də Atlantikadan Vladivastoka qədər “rus dünyasıdır” – fəal qeyd edib.