“Ömür zaman ölçüsündə baş daşındakı iki tarix arasındakı tiredən başqa bir şey deyil” - DEPUTAT DOĞUM GÜNÜNDƏN YAZDI

  • Müəllif: admin
  • 25 Noyabr 2018 20:52

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev (Urud) bu gün 57 yaşını tamamlayıb.

Gununsesi.org-un xəbərinə görə, millət vəkili özünün sosial şəbəkədəki səhifəsində doğum günü qeydlərini paylaşıb.

Həmin qeydləri təqdim edirik:

Əziz dostlar!

Doğum günü münasibəti ilə məni burada təbrik edən, zəng vuran, WhatsApp- a yazan bütün dostlara minnətdarlıq edir, ən xoş arzularımı bildirirəm. Böyük şairimiz Məmməd Araz demişkən: bu da belə bir ömürdü, yaşadım.
Mənə elə gəlir ki, insan ömrünün və arzusunun ən böyük fəlsəfəsini Aşıq Alı ikicə misra ilə açmışdır:
Aydı, gündü gəlib keçir ömürdən,
Tələsirik görən yaza nə qaldı.

Kimi deyir, ömür borcdur, kimi deyir mükafat. Kimi də deyir ki, ömür əbədiyyətə gedən yolda ani bir dayanacaqdır. Hansı doğrudur, bilmirəm. Bildiyim odur ki, zaman ölçüsündə ömür baş daşındakı iki tarix arasındakı tiredən başqa bir şey deyil.
Xoşbəxtliyin 5 vacib şərti var, onun birincisi can sağlığıdır.

Hamınıza can sağlığı arzu edirəm!