Google-da “idiot” sözünü axtaranda niyə Trampın şəkli çıxır? - KONQRES DİNLƏMƏLƏRİNDƏ ŞİRKƏTİN BAŞ İCRAÇI DİREKTORUNA BU SUAL ÜNVANLANDI

  • Müəllif: admin
  • 12 Dekabr 2018 20:46

Google-da “idiot” sözünü axtaranda niyə ABŞ Prezidenti Trump-ın şəkli çıxır?

Gununsesi.org xəbər verir ki, bu sualı Konqres dinləmələri zamanı Google şirkətinin baş icraçı direktoru Sundar Pichai-a veriblər.

Ondan soruşublar ki, bu, Google-un siyasi mövqeyinin göstəricisidirmi? O isə cavabında deyib ki, Google axtarış nəticələri milyardlarla açar sözlərə əsaslanır və 200-dən çox faktor, o cümlədən uyğunluq və populyarlıq axtarışda mühüm rol oynayır.

O bildirib ki, bir çox insanlar Trumpın şəklini yükləyəndə onun adı ilə yanaşı “idiot” sözünü də istifadə edirlərsə, bu zaman axtarışda bu iki sözün üst-üstə düşməsi mümkündür.

Cənab Pachai Google-un birtərəfli siyasət yürüdüb-yürütməməsinə dair suala cavabında o, “yox” cavabını verib.

Google Trends nəticələrinə görə, “idiot” sözü ABŞ-da ən çox axtarılan sözlər arasında birincidir.