
Prezident İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu ünvanlayıb.
“Gununsesi.org” xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sudan xalqına sülh və rifah diləyirəm”.












