Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Gununsesi.org-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.












