AŞPA-nın sədri seçildi

  • Müəllif: admin
  • 21 Yanvar 2019 15:31

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.

O 1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin sosial Partiyasının üzvüdür.

Qeyd edək ki, AŞPA-nın əvvəlki prezidenti Mikele Nikoletti keçən ilin mart ayında İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.

AŞPA-nın qış sessiyası bu gün işinə başlayıb və yanvarın 25-nə kimi davam edəcək.