İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, dünən axşam baş tutan iki matçda darmadağın qeydə alınıb.
“Roma”nı qəbul edən “Fiorentina” tarixi qələbə qazanıb. Florensiya təmsilçisi rəqibini 7:1 hesabı məğlub edib.
“Fiorentina” – “Roma” – 7:1
Qollar: Kyeza, 7, 18, 74, Muriel, 33, Benazzi, 66, Simeone, 79, 89 – Kolarov, 28
Qırmızı vərəqə: Dzeko, 72 (“Roma”)
Bu mövsüm ölkə çempionatı və kubokunda məğlub olan “Yuventus” ilk məğlubiyyətini “Atalanta” qarşısında alıb. “Yuventus” 0:3 hesabı ilə məğlub olaraq kubokla vidalaşıb.
“Atalanta” – “Yuventus” – 3:0
Qollar: Kastanye, 37, Zapata, 39, 86