
Bu gecə saat 04:30 radələrində paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, qəza Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əliyeva Gülşən idarə etdiyi “Hyundai Elantra” markalı, 90 NG 129 dövlət nömrə nişanlı avtomobili yolun kənarında dayanan yük maşınına çırpıb.
Qəza nəticəsində xəsarət alan Gülşən Əliyeva 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Təcili olaraq reanimasiya şöbəsinə yerləşdirib. Hazırda vəziyyəti orta-ağırdır.
Avtomobildə sürücüdən başqa onun rəfiqəsi də olub. O, qəza zamanı xəsarət almayıb.
Qeyd edək ki, Gülşən Əliyeva idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili “Rent a Car”dan iki günlük icarəyə götürüb.
Faktla bağlı araşdırma aparılır.










