Nazir camaata payladığı xəstə heyvanlardan danışdı - ŞİKAYƏT ƏSASINDA 119 HEYVAN YENİSİ İLƏ ƏVƏZLƏNİB

  • Müəllif: admin
  • 04 Fevral 2019 09:45

“Ötən il noyabr, dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylandı. Bu böyük rəqəmdir”.

Gununsesi.org xəbər verir ki, bu barədə REAL-a Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

İnsanlara verilən heyvanların xəstə və yaşlı olmasına dair faktlara da toxunan Sahib Babayev bildirib ki, şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib: “29 min heyvanın içində 119 -u ilə bağlı problem olması da təbiidir”.