Canavar qoyun sürüsünə hücum edib - GORANBOYDA+FOTOLAR

  • Müəllif: admin
  • 04 Fevral 2019 01:00

Goranboy rayonunun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə 93 yaşlı kənd sakini Sarı Əliyevin fərdi təsərrüfatında baş verib.

S.Əliyev 40 baş xırdabuynuzlu mal-qaranı tövləyə salaraq evə gedib. Bir müddətdən sonra səs-küyə bayıra çıxıb. Məlum olub ki, həyətə bir neçə canavar girib və qoyunlardan 7-ni parçalayıb. Bir neçə heyvan yaralanıb.

Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib.

Daha əvvəl də Goranboyda canavarlar 8 heyvanı parçalayıb.