Bakıda ailə səkkiz ildir tualetdə yaşayır - VİDEO

  • Müəllif: admin
  • 05 Fevral 2019 12:58

Fəridə artıq səkkiz ildən çoxdur ki, iki azyaşlı övladı və xəstə həyat yoldaşı ilə əvvəl tualet olmuş kiçik yerdə yaşayır.

Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən 2×2 metrlik bu yerdə dörd nəfərlə birlikdə yaşamaq ailə üçün dözülməz olub.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, Fəridə Məhərrəmova bildirib ki, Nəsimi rayon icra nümayəndəliyinə müraciət etsə də, heç bir nəticə əldə etməyib.

Bu vəziyyətdən ən çox əziyyət çəkən də Fəridənin azyaşlı övladlarıdır.