Tələbələr arasındakı dava bıçaqlanma ilə nəticələndi

  • Müəllif: admin
  • 01 Mart 2019 09:00

 

Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.

Gununsesi.org “Baku.tv”yə istinadən xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.

Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər – Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

 Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.