
Türkiyənin Kayseri hava limanında daxili xətlər terminalının sərnişinləri yoxlama məntəqəsində insident yaşanıb.
Gununsesi.org-un “Milliyet”ə istinadən xəbərinə görə, polislər Eyyub B. ilə Əli A. arasında mübahisə yaranıb. Adıçəkilən birinci şəxs silahla həmkarına 3 dəfə atəş açıb, daha sonra isə özünü vurub.
Hər iki şəx ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











