
İranda zəncirvari qəza baş verib.
Gununsesi.org Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə avtomobil və sərnişin avtobusu toqquşub. Qəzadan sonra baş verən yanğında 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Cəsədlər tam yandığı üçün onların kimliklərini müəyyən etmək mümkün olmayıb. Xəsarət alan 14 nəfərdən 7-i müxtəlif yanıq dərəcələri ilə xəstəxanaya çatddırılıb.
Qeyd edək ki, qəza Tehran-Savə yolunda baş verib.
https://www.youtube.com/watch?v=ZQKxuLZzKVE










