“Tottenhem”dən möhtəşəm geridönüş - - ÇL-də növbəti fantastika

  • Müəllif: admin
  • 09 May 2019 08:41

Bu gün Çempionlar Liqasında keçirilən ikinci yarımfinal görüşü ilə həlledici qarşılaşmada iştirak edəcək digər komandanın adına aydınlıq gələcək.

Gununsesi.org  xəbər verir ki, “Ayaks” ilk matçda məğlubiyyətə uğratdığı “Tottenhem”i qəbul edəcək.

Bununla da Madriddə, “Vanda Metropolitano” stadionunda keçiriləcək final oyununda “Liverpul”un rəqibi bəlli olacaq.

8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0

***

Oyun başlayıb. Matçın 5-ci dəqiqəsində Matteys de Liqtin vurduğu qolla “Ayaks” hesabı açır.

***

Hakem Ziyeç 36-cı dəqiqədə hesabı artırır.

***

Lukas Moura 55-ci dəqiqədə hesabı 2:1 edir.

***

Lukas Moura dubl edir, hesab bərabərləşir.

***

Lukas Moura het-trik edir, oyunun 90-cı dəqiqəsinə əlavə edilən 5-ci dəqiqədə “Tottenhem” hesabda önə keçir: 3-2. Oyun bu hesabla başa çatır.