Qorbaçov xəstəxanaya yerləşdirildi

  • Müəllif: admin
  • 06 İyun 2019 18:39

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Bu barədə Qorbaçovun özü “RİA Novosti” agentliyinə məlumat verib

88 yaşlı siyasətçi bildirib ki, xeyli müddətdir xəstəxanadadır.

Bununla belə Qorbaçov xəstəxanaya yerləşdirilməsinin səbəbini açıqlamayıb.

Sabiq prezident əlavə edib ki, yaxın zamanlarda kitabı işıq üzü görəcək.