“Corc Kluni” Tailandda həbs olundu - FOTO

  • Müəllif: admin
  • 17 İyun 2019 10:29

Qazanc əldə etmək məqsədilə uzun müddət özünü ABŞ aktyoru Corc Kluni kimi təqdim edən italiyalı və onun sevgilisi Tailandda həbs olunub.

BBC-nin məlumatına görə, 58 yaşlı Françesko Qaldelli və 45 yaşlı Vanya Qoffi 2013-cü ildən bəri İnterpolun axtarışında olub.

C.Kluni isə cütlükdən məhkəməyə şikayət edib. Hollivud ulduzu 2010-cu ildə İtaliya məhkəməsinə verdiyi ifadədə cütlüyün onun adından şəxsi məqsədləri üçün istifadə etdiyini və saxtakarlıq yolu ilə qazanc əldə ediyini bildirib.